Azərbaycanda "Omikron"a yoluxanların sayı açıqlanıb.

 Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib ki, 12 nəfərdə SARS-CoV-2 21K "Omikron" variantı aşkarlanıb.

Onlar xarici ölkələrdən Azərbaycana gələn şəxslərdir.

"Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub", - birgə məlumatda qeyd olunub.

.