Azərbaycanda koronavirusa yoluxma faktlarının bölgələr üzrə statistikası açıqlanıb.

Hazırda bölgələr üzrə ən çox yoluxma Abşeron rayonunda qeydə alınıb. Bu ərazidə yoluxma səviyyəsi ölkə üzrə ümumi yoluxmanın 15,8 faizini təşkil edir. Ümumi yoluxmanın 9,4 faizini Gəncə-Qazax zonası, 7,8 faizi Aran zonası, 6,1 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1,6 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,3 faizdir.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Bakıda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Ötən həftə ölkə üzrə virusa yoluxmanın 49,5 faizi Bakının payına düşürdüsə, bu həftə bu rəqəm 53,4 faizə çatıb.

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Yasamal və Xətai rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,9 faizi Binəqədi, 12,6 faizi Yasamal, 11,9 faizi isə Xətai rayonlarının sakinləridir. Yoluxma hallarının 11,9 faizi Sabunçu, 10,7 faizi Nəsimi, 9 faizi Suraxanı, 8,6 faizi Nərimanov rayonlarında olub.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda qeydə alınıb.

Xatırladaq ki, iyunun 29-na qədər Azərbaycanda 16 424 nəfər koronavirusa yoluxub. Onlardan 9 026 nəfər sağalıb, 198 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 7 200 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 468 min 967 nəfər üzərində koronavirus testi keçirilib.

.