Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

"Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycanda sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI), ali məktəblərdə və kolleclərdə ənənəvi tədris bərpa edilib.

.