Azərbaycanda itkin kimi axtarışda olan şəxs məsciddən oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinə dekabrın 24-nə keçən gecə Boradigah qəsəbəsi ərazisində yerləşən məsciddən 1 ədəd plafon, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Viravul kənd sakini Z.Nəzərli və Lənkəran şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş M.Əsədzadə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar Z.Nəzərlinin itkin kimi axtarışda olması da müəyyən edilib.

.