
2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7 % təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 13,4 %, qeyri-ərzaq məhsulları üzrə 10,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 % təşkil edib.