Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən  faktı təsdiqləyiblər.

.