Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsi intihar edib.
Yaxınlarının verdiyi xəbərə görə, Qasımova Rumiyyə Elşən qızı imtahandan kəsildiyi üçün intihar edib.
Belə ki, Rumiyyə yaxşı oxuyan tələbə olub. Lakin bu il qış semestrində iki imtahandan kəsilib. Bununla bağlı apelyasiya şikayəti verib. Lakin şikayəti qəbul edilməyib. Buna görə də, o, özünü dənizə ataraq intihar edib.
Universitetdən isə Publika.az-a bildirdilər ki, R.Qasımova ailəsindən qorxduğu üçün intihar edib:
"Bu il 326 balla ali məktəbə daxil olub. Semestr ərzində də dərsləri yaxşı olmayıb. İki imtahandan da kəsilib, apelyasiya şikayəti isə verməyib. Ümumiyyətlə, imtahandan onlarla tələbə kəsilir, onlar hamısı intihar etmir ki. O, ailəsindən qorxurdu. Çünki nəticələrinin yaxşı olması üçün ailəsindən basqı var idi. Bundan başqa, o, həyatdan narazı bir qız idi”.




***12-58


Azərbaycanda imtahandan kəsilən tələbə özünü öldürdü.
Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi Rumiyyə Məhərrəmli imtahandan kəsildiyi üçün həyatına qəsd edib.
Bu barədə gənc qızın dostları sosial şəbəkələrdə yazıblar. Bildirilir ki, Saray qəsəbəsində yaşayan Rumiyyə özünü dənizə atmaqla intihar edib.
Gənc qızın anası da övladının imtahanlardan kəsildiyinə görə özünə qəsd etdiyini bildirir. //Oxu.az
.