Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 21 yeni domen verilib.

Yenizaman-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 103 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 26,4 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

.