Azərbaycanda doğuş zamanı ana ölümü olub.

Bərdədə ana doğuş vaxtı ölüb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Yeni doğulan körpəni xilas etmək mümkün olub.
Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.

Bərdə Rayon Prokurorluğunda müvafiq araşdırmalara başlanıb.
.