Bakı-Qazax yolunda fövqəladə hadisə baş verib. Belə ki, səhər saat 5 radələrində Hacıqabul rayonu və Ələt qəsəbəsi arasında dəmir yolunda yanğın baş verib. Hadisə yerinə FHN işçiləri və təcili yardım xidməti cəlb olunub.
Hadisənin soyuducularla yüklənmiş vaqonlarda yarandığı bildirilir. Fövqəladə Hallar Xidmətinin əməkdaşları saat 9 radələrində alovu nəzarətə götürə biliblər. Baş verən qəza nəticəsində 4 vaqon və 100-dən çox soyuducu yanıb. Dəmir yolu xəttində müvəqqəti olaraq qatarların hərəkəti dayandırıldığı bildirilir, yolun bərpasına çalışılır.
Yanmış vaqonlar ərazidən aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
.