Masallı rayonunda dəhşətli hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 21-də Masallı rayonunun Xallıcallı kəndində kənd sakini Teymur Mirzəyev traktorla ot biçərkən ehtiyatsızlıqdan ayağı otbiçən aparatın arasında qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Mirzəyevin hər iki ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
.
