Azərbaycanda da Türkiyədə olduğu kimi "Nurçu ovu" davam edir.
Ucar rayonundakı Asfalt zavodunun müdiri Vaqif Nuriyev və onun müavini Aydın Hüseynov işdən çıxarılıb.
Yenizaman.az Axar.az-a istinadən xəbər verir ki, Ucar Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva zavod müdiri ilə müavininin bir neçə gün öncə işdən azad edildiyini təsdiqləyb: "Ancaq onların hansı səbəbdən işdən azad olunması barədə məlumatlı deyilik. Çünki bu bizim səlahiyyətimizdə deyil”.
Rayon sakinlərinin bildirdiyinə görə, bu vəzifəyə cəmi bir il əvvəl təyin olunan Vaqif Nuriyev və müavini Aydın Hüseynovun nurçudurlar və buna görə də vəzifədən çıxarılıblar.
.