Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.

Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.

.