Bu gün ölkədə 113 nəfər koronavirusa yoluxub. 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. 

Y. Qarayeva deyib ki, bu gün 1 nəfər vəfat edib: “İnldiyə qədər 3387 nəfər koronavrusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək 235910 test aparılıb.
 

.