Bu gün Astara sərhəd-keçid məntəqəsində Azərbaycanda cəza çəkən 28 İran vətəndaşı cəzalarının qalan müddətini öz ölkələrində çəkmək üçün qarşı tərəfə veriliblər.
Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.
O qeyd edib ki, Azərbaycanla İran arasında razılaşmaya əsasən, bu gün 28 iranlı məhbus İrana verilib. Onun sözlərinə görə, daha 52 nəfərin yaxın zamanlarda İrana verilməsi gözlənilir: "Bu şəxslərin verilməsi barədə qərar 4 ay əvvəl verilmişdi, lakin bu gün gerçəkləşdirmək mümkün oldu. Onların hər birinin cəza müddətindən bir neçə ili qalıb, o müddətin qalanını da İranda çəkəcəklər. Ümumilikdə Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana gətirilməsi üçün lazımi rəsmi işlər aparılır”.
.