APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əksini tapıb.
Aşkar edilən faktlardan 777-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1733-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 180-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 12-i isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 984 kq 932,169 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 666 kq 562,839 qr marixuana, 189 kq 422,962 qr tiryək, 53 kq 436,256 qr heroin, 56 kq 816,37 qr həşiş, 5,2 kokain, 18 kq 693,742 qr psixotrop maddələr və digərləri, 1310 ədəd metadon həb, o cümlədən 787 ədəd çətənə kolu təşkil edib.
Həmçinin, "Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 189 ton 601 kq 236 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
.