Azərbaycanda bu gündən Türk Millətlər Birliyinin (TMB) radiosu fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov bildirib ki, “100.5 FM-Fərqli radio”nun adı dəyişib.

“Televiziya və radio kanalları rebrendinq edəndə bizə bu barədə məlumat verirlər. “100.5 FM” də rebrendinq edilib, artıq radio “RADİO TMB” kimi fəaliyyətini davam etdirəcək. Rebrendinq üçün isə lisenziyaya ehtiyac yoxdur. Təbii ki, radio lisenziya əsasında fəaliyyət göstərir”, - Aparat rəhbəri vurğulayıb.

.