Daxili İşlər Nazirliyi sistemində kadr dəyişiklikləri olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, R. Usubov Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayevin də tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Siyəzən Rayon Polis Şöbəsi və 26-cı Polis Bölməsinə hələlik rəis təyin olunmayıb.

***

Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib. Lakin N.Əlirzayevin hansı səbəbdən işdən çıxarıldığı açıqlanmır.
Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib.
.