Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 17 718,33 min. ton az kükürdlü xam neft (tərkibində 0,6 %-ə qədər kükürd olan) istehsal edilib ki, bu da illik müqayisədə 6,05% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 17 678,32 min tonu əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,94% azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 24 973,75 min ton az kükürdlü xam nefti istehsal edilib ki, bu da illik müqayisədə 9,7% azdır.

Hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 24 892,89 min tonu əmtəəlik məhsulun payına düşüb, bu da illik müqayisədə 9,8% azalma deməkdir.

.