Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan ata və oğlu traktorun içinə su dolması nəticəsində ölüb.
"Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, kənd sakinləri - Fərrux Mahmudov oğlu Əlövsətlə birgə "Belarus” makalı traktorda evdən çıxıb və geri qayıtmayıb.
Noyabrın 6-da Arpaçay çayının Çəmənli kəndinin ərazisindən keçən hissəsində F.Mahmudovun və Əlövsətin suda boğulmuş meyitlərı traktorun içərisində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
.
