Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

İndiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 41-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib. Maliyyə hesabatlarını MSK-ya təqdim edən partiyalar bunlardır: 

1. Yeni Azərbaycan Partiyası 

2. “Azərbaycan Mübarizləri” Partiyası 

3. Azərbaycan Respublikaçılar Partiyası

4. Azərbaycan Xalq Demokratik Partiyası 

5. Sosial Ədalət Partiyası 

6. Azərbaycan Naminə Alyans Partiyası

7. Azərbaycan Liberal Partiyası

8. “Milli Vəhdət” Partiyası

9. Vətəndaş Həmrəyliyi Partiyası 

10. Demokratik İslahatlar Partiyası

11. Cümhuriyyət Xalq Partiyası (CXP)

12. Müsavat Partiyası 

13. Azərbaycan Demokratik Maarifçilik Partiyası

14. Azərbaycan Tərəqqi Partiyası

15. Milli Dirçəliş Hərəkatı Partiyası

16. Böyük Quruluş Partiyası

17. Azərbaycan Kommunist Partiyası 

18. Azərbaycan Təkamül Partiyası 

19. “Ədalət” Partiyası 

20. Milli Cəbhə Partiyası (MCP) 

21. “Birlik” Partiyası

22. Klassik Xalq Cəbhəsi Partiyası 

23. Azad Demokratlar Partiyası (AzDP)

24. Vəhdət Partiyası

25. Azərbaycan Xalq Partiyası

26. Yeni Zaman Partiyası (YZP) 

27. Azərbaycan Milli İstiqlal Partiyası

28. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

29. “Ana Vətən” Partiyası

30. Böyük Azərbaycan Partiyası

31. Azərbaycan Ümid Partiyası

32. Müstəqil Xalq Partiyası (MXP)

33. Vətəndaş və İnkişaf Partiyası

34. Azərbaycan Milli Demokrat Partiyası

35. Aydınlar Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası

37. “Qorqud” Partiyası

38. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)

39. Ağ Partiyası (AĞP)

40. Vətəndaş Birliyi Partiyası

41. Azərbaycan Demokrat Partiyası

Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

.