İmişli rayonunda 3 yaşlı qız su kanalına düşərək boğulub. "Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, İmişli rayonunun Oruclu kənd sakini, 3 yaşlı Mələk Mənsimova yaşadığı evin yaxınlığından keçən "Şor” su kanalına düşərək boğulub. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
.
