Ağdamda mənzildə meyit tapılıb.
Hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb.
Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır. // APA
.