![](/uploads/img/posts/2024/03/17/3jpg-1710694275.jpg)
Stoltenberq Azərbaycanın bəzi NATO müttəfiqləri ilə enerji əlaqələrini inkişaf etdirməsini alqışlayır
Bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
O, 1990-cı illərdə Norveçin enerji naziri kimi Bakıya bir neçə dəfə səfər etdiyini xatırladıb.
Baş katib deyib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib:
"Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram"
.