
Bu gecə Qubaya yağan ilk qarın hündürlüyü 10 sm-ə çatıb
Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə ilk qar yağıb. Yağıntı əsasən Quba və Qusar rayonları ərazisinə düşüb.
Qubanın Xınalıq, Qırız, Əlik, Qırız dəhnə, Qusarın Ləzə, Sudur və s. kəndlərində yaşayış məntəqələrinə qar oturub.
Qeyd edək ki, hazırda bölgəyə qar yağıntısı davam edir.
Bundan öncə isə Qax və Qəbələnin dağlarına qar yağmışdı.
.