Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Bu barədə XİN X-da paylaşım edib.

“ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində çoxlu sayda insanın ölüməsi və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - deyə başsağlığında bildirilib.

Qeyd edək ki, son məlumata əsasən, Texas ştatında daşqınlar nəticəsində 51 nəfər ölüb.

.