Azərbaycana ABŞ-ın "Kelvin Hughes” şirkətinə 11 ədəd "SharpEye” radiolokasiya stansiyasının (RLS) sifariş edib. Bu barədə Şirkətin yaydığı rəsmi press-relizdə deyilir.
Sahil və sahilyanı komponentlərdən ibarət radarlar Azərbaycanın Xəzər dənizindəki neft-qaz mədənlərinin müdafiə olunması üçün gəmilərin hərəkətini idarə etməyə xidmət edəcək. Kompleksin yerüstü hissəsi X-diapazonlu SBS-800 radarından, offşor hissələri isə "SBS-800-1” antennalarından ibarət olmaqla informasiyaları böyük sürətlə radarın ekranlarına ötürə bilir.
Şirkətin təmsilçisi Spayk Hyuz sistemin Azərbaycana dəniz obyektlərinin izlənilməsi və naviqasiya məlumatlarının tam əhatəli şəkildə əldə edilməsinə imkan verəcəyinə əminliyini ifadə edib.Onun sözlərinə görə, müasir texnologiya ilə hazırlanmış radar kompleksi dənizdəki gəmilərin içərisindən lazım olan hədəfi tez ayrıd edib izləməyə, hətta ən pis hava şəraitində belə radarın azərbaycanlı operatorlarına hədəflə bağlı bütün situasiyanı nəzarətdə saxlamağa imkan verəcək.
Test proqramından sonra radarların tam quraşdırılması cari ilin avqust ayına planlaşdırılıb. Sifarişin hansı təşkilat tərəfindən verildiyi və radarların neçəyə başa gələcəyi açıqlanmır. Ancaq ehtimal olunur ki, ABŞ şirkətinə bu radarları Dövlət Sərhəd Xidməti verib.
.