Millət - tarixi birliyə, ümumi əraziyə, ümumi dilə, ümumi iqtisadi və mənəvi həyat birliyinə malik böyük bir insan qrupudur.  

Milli ruh isə xalqı və cəmiyyəti birləşdirən yenilməz enerjidir. Bu gün bu enerji açıq şəkildə özünü biruzə verir. Son bir neçə gün ərzində cəbhə xəttində yaşanan hadisələr, Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın, həmvtənlərimizin əhval ruhiyəsində və hətta psixologiyasında güclü dəyişikliklər edib. 

İnsanlarda milli ruh yüksəlişi duyulur, vətənpərvərlik, birlik, həmrəylik kimi hisslər daha da qabarır. Şahidsiniz ki, Bakıda və digər bölgələrimizdə demək olar ki, hər bir vətəndaş yaşadığı evin, çalışdığı müəssisələrin qarşısına, idarə etdiyi nəqliyyat vasitələrinə Azərbaycan bayrağını sancır. Bu isə o deməkdir ki, Azərbaycan xalqının milli özünü dərki yeni bir mərhələyə qədəm qoyur. 

Tarixə nəzər salsaq görərik ki,  Qafqaza 18 ci əsrin ortalarında məqsədyönlü şəkildə  köçürülən erməni etnosu azərbaycanlılara qarşı mütəmadi olaraq gizli və açıq mübarizələr aparır, yerli əhaliyə qarşı soyqrımlar törədirdi. Həmin etnik konfliktlər bir daha erməni etnosunun acgöz psixologiyaya malik olmasının sübutudur.  

20-ci əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində- Qarabağda, Bakıda və s. müsəlman qırğınları törədilmiş, 1918-1920-ci illərdə Azərbaycan müstəqillik əldə etmək, özünün müstəqil dövlətini qurmaq cəhdi də kənar qüvvələrin, xüsusən qonşu dövlətin ciddi müqavimətinə rast gəlinmişdi. 
Sovetlərin süqutundan sonra xəyanətkar qonşu etnosu öz himəyadarlarının köməyi ilə Qarabağ müharibəsini başladı, Dağlıq Qarabağla yanaşı Azərbaycanın 7 rayonu zəbt edildi. 1 milyondan artıq qaçqın və köçkünlər öz el-obasından, yurd-yuvasından didərgin salındı. Bütün bu cəhətlər Azərbaycan xalqının, əhval-ruhiyyəsinə, ümumən psixologiyasına ciddi zərbə vurdu. 

Ümummili liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı və atəşkəsin əldə olunması xalqı ümidləndirdi. Beynəlxalq təşkilatların səyləri ilə 30 ilə yaxın aparılan  danışıqlar prossesi, ermənistanın məsələyə qeyri konstruktiv yanaşması ucbatından  nəticə vermədi. Son dövrlər işğalçı dövlətin cəbhədəki mütəmadi təxribatları da cavabsız qalmadı. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri təcavüzkar erməni ordusunun bölmələrini dədə baba torpaqlarımızdan çıxarmaqdadır. Ordumuzun günü gündən qazandığı qələbələr xalqda ruh yüksəkliyi yarddır. Bu günlərdə insanlarda milli özünü dərk hissinin daha da gücləndiyi hiss olunur. Vətəni mənfurdan qorumaq üçün Azərbaycanın hər bir bölgəsindən on minlərlə gənc hərbi çağırış məntəqələrinə toplanaraq orduda xidmət etmək istəyir. Bu da Azərbaycan xalqının birliyinin, vətənərvərliyinin ən ümdə göstəricisidir.   

Ermənistanda isə əksinə fərarilərin sayı artmaqdadır. Düşmən sarsılıb, xeyli itki verdiyindən  döyüş meydanından qaçır. Hərbi xidmətdən yayınma yüksək həddə çatıb.  Erməni cəmiyyətində ruh düşgünlüyü və qorxu hissi var. Orduda kişi çatışmazlığı müşahidə olunur. Bu isə onu göstərir ki, vətəni və ona sevgisi olmayan bir insan heç zaman silaha sarılıb döyüşə getməz, çün ki, bu vətən bu torpaq bizimdir.  

Rəşad Nəsirov
 

.