Rusiyadan İrana humanitar yardımın çatdırılmasında köməkliyə görə Azərbaycana təşəkkür edirik.

Bu barədə Rusiya səfiri Mixail Yevdokimov jurnalistlərə açıqlamasında bildirib.

Diplomat hər şeyin gözəl təşkil olunduğunu qeyd edib: "Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin xahişi əsasında bu ölkəyə medikamentlərin çatdırılmasına göstəriş verib. Təyyarənin Azərbaycan tərəfindən qəbul olunması ilə bağlı qərarı Prezident İlham Əliyev bir saat ərzində qəbul edib. Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Görürsünüz ki, hər şey çox yaxşı təşkil olunub".

Səfir əlavə edib ki, Rusiyadan göndərilən 13 ton tibbi vasitə bu gün İrana çatdırılacaq.

Qeyd edək ki, Rusiyadan İrana göndərilən humanitar yardımla yüklü təyyarə Lənkəran aeroportuna eniş edib.

.