İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən ali siyasi səviyyədə əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkənin Xarici İşlər Nazirlikləri xətti, o cümlədən müvafiq nazirliklər arasında qarşılıqlı əlaqənin saxlanılmasının vacibliyini vurğulayıblar.

Telefon danışığında tərəflər regional və beynəlxalq formatda məhsuldar əməkdaşlığı qeyd ediblər. Bu kontekstdə nazirlər Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçıları səviyyəsində bu il planlaşdırılan görüşün əhəmiyyətini vurğulayıblar.

.