Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

***

Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə görüşüb.

Kərim Vəliyev Fəxri Qarovulun önündən keçib.

Daha sonra Türkiyə və Azərbaycanın Baş Qərargah rəisləri arasında görüş keçirilib.

.