
Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyənin Kapital Bazarı Şurası arasında risk əsaslı nəzarət sisteminin qurulması müzakirə edilib.
Yenizaman bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti Şurada işgüzar səfərdə olub. Səfər zamanı rəhbər şəxslərlə keçirilmiş görüşlərdə risk əsaslı nəzarət sisteminin qurulmasına və marja ticarəti üzrə tənzimləmə sahəsinə dair təcrübə mübadiləsi aparılıb.
Görüşlərdə həmçinin kapital bazarlarının gündəmində olan digər mühüm mövzular və ikitərəfli maraq doğuran məsələlər də müzakirə olunub.
.