2026-cı ildə Azərbaycanla Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında dialoqu intensivləşdirmək məqsədilə yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb: “Görüş zamanı Balkanlarda və Cənubi Qafqazda təhlükəsizlik məsələləri barədə müzakirələr apardıq. Hər iki ölkə üçün əhəmiyyət kəsb edən qlobal təhlükəsizlik məsələləri də bu gün müzakirə edilib”.

.