Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Məlumatda qed edilir ki, 17 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən  10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

.