Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının həmsədrləri məlum olub.

Yenizaman-ın xəbərinə görə, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov olub.

Qeyd edək ki, bundan öncə Komissiyanın həmsədri Əli Hüseynli idi.

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri isə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov olub.

.