Azərbaycan və Rusiya arasındakı pul köçürmələrinin həcmi açıqlanıb.

Rusiyanın Mərkəzi Bankı verdiyi məlumata əsasən, 2020-ci il ərzində Rusiyadan Azərbaycana 298,6 milyon dollar həcmində pul köçürülüb.

Ötən il ərzindəki müvafiq pul köçürmələrinin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz azalıb. İlin əvvəlində pul köçürmələrinin həcmi az ikən, pandemiyaya baxmayaraq, ilin sonunda həcmlər artmağa başlayıb.

Belə ki, 2020-ci ilin birinci rübündə (ilk üç ay) Rusiyadan Azərbaycana 65,6 milyon, ikinci rübdə 60,8 milyon, üçüncü rübdə 83,8 milyon və nəhayət dördüncü rübdə 88,4 milyon dollar vəsait köçürməsi edilib.

Keçən il ərzində hər köçürmə üzrə orta məbləğ 467 dollar təşkil edib və 2019-cu illə müqayisədə bu, 3,9 faiz az oub.

Ötən il Azərbaycandan Rusiyaya 49,6 milyon dollar vəsait köçürülüb. Bu məbləğ 2019-cu ilin eyni dövrü il müqayisədə 25 faiz azdır.

2020-ci ilin birinci rübündə ölkəmizdən Rusiyaya 14,9 milyon, ikinci rübdə 10,5 milyon, üçüncü rübdə 12,9 milyon dollar və nəhayət dördüncü rübdə 11,3 milyon dollar vəsait köçürülüb.   

Baxmayaraq ki, Azərbaycandan Rusiyaya köçürmələrin ümumi həcmi azalıb, lakin hər köçürmə üzrə orta məbləğ 2019-cu ilin eyni dövrünə nəzərən 2,9 faiz artaraq 430 dollar təşkil edib.

.