Azərbaycan və Rusiya arasında mütəmadi konstruktiv dialoq aparılır.

Bu sözləri martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib.

“Parlamentlərarası komissiya – qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün vacib bir meydançadır. Azərbaycan və Rusiya arasında daimi konstruktiv dialoq aparılır. Səfərlər münasibətlərin davamlı inkişafına vasitəçilik edir.”,-deyə o bildirib.

Onun sözlərinə görə, MDB Parlamentlərarası Assambleyası mühüm rol oynayır, təşkilat çərçivəsində əməkdaşlıq qarşılıqlı maraqlar naminə birgə işə töhfə verir. Bu, Azərbaycan və Rusiya arasında əlaqələrin nizamlanması üçün real və effektiv bir mexanizmdir.

"Bu gün əsas müzakirə mövzuları ticarət-iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi olacaq. Bu məsələlərin müzakirəsi və həyata keçirilməsi ölkələr arasında münasibətləri möhkəmləndirir", - deyə Qafarova bildirib.

.