Azərbaycan və Rusiya arasında neft, qaz və elektrik energetikası sahələrində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, eləcə də, qonşu ölkələrlə üçtərəfli layihələr müzakirə edilib.

Bu barədə Yenizaman Azərbaycanın Moskvadakı səfirliyinə istinadən məlumat verir.

Müzakirələr Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə Rusiya Federasiyasının energetika naziri Sergey Tsivilyov ilə görüşü zamanı aparılıb.

Məlumata görə, səfir R.Mustafayev milli texnoloji suverenliyin möhkəmləndirilməsi məsələsinə Rusiyanın yanaşması barədə məlumatlandırılıb.

"Bildirilib ki, Rusiya tərəfi Azərbaycanla dostluq münasibətlərinə səmimi şəkildə dəyər verir və Bakı ilə enerji sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir. Hər iki tərəf müvafiq işçi qrupunun yaradılması yolu ilə energetika sahəsində nazirliklərarası dialoqun və əməkdaşlığın aktivləşdirilməsi ideyasını dəstəkləyib.

Qeyd etmək lazımdır ki, energetika, uzunillik birgə təcrübə və ümumi tarixə əsaslanan ikitərəfli əməkdaşlığın ən mühüm sahələrindən biridir”, - deyə səfirliyin məlumatında bildirilir.

.