Azərbaycan və Qırğız Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında 2021-2022-ci illər üzrə birgə əməkdaşlıq proqramına dair sənəd imzalanıb.

Bu barədə bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə geniş tərkibli görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

XİN başçısı deyib ki, qırğız həmkarı ilə görüşdə ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə olunub: “İqtisadi-ticari əlaqələrin intensivləşdirilməsi diqqət mərkəzində oldu. 2021-ci ilin yanvar-may ayında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 65 faiz artıb. Ancaq bu bizi qane edə bilməz. Hökumətlərarası komissiyanın iclasının keçirilməsi müzakirə mövzusu oldu. Nəqliyyat-logistika, Azərbaycan üzərindən keçən “Şərq-Qərb” nəqliyyat dəhlizinin Qırğız Respublikası üçün maraqlı olduğunu düşünürük. Qırğız Respublikasının XİN başçısı Ələt Azad İqtisadi Zonasının inzibati rəhbərliyi ilə görüşü olub”.

C. Bayramov qeyd edib ki, pandemiya ilə bağlı vəziyyət tam normallşdıqldan sonra iki ölkə arasında aviaəlaqənin bərpası vacib sayılıb və humanitar əlaqələrin inkişafı zəruri hesab edilib: “Bu gün iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq, qarşılıqlı təşəbbüslərin dəstəklənməsi də müzakirə mövzusu olub”.
 

.