Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu təlimə qatılmaq üçün Qazaxıstana gedib.

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

.