
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə arasında geniş tərkibli görüş keçirilib.
Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ölkələrimiz arasında strateji dialoqun ilk iclası keçirilib.
Azərbaycan və Macarıstan arasında Strateji Dialoqun ilk iclası keçirilib
Azərbaycan və Macarıstan Xarici İşlər Nazirlikləri arasında Strateji Dialoqun birinci iclası keçirilib.
Strateji Dialoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində baş tutub.
Nazirlər ilk Stateji Dialoqun keçirilməsi ilə bağlı protokol imzalayıblar.
.