Tbilisi şəhərində Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan DGK və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında "Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.
Sənədi DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədr müavini Givi Murvanidze imzalayıblar.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasındakı "Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən, imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.
.