Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Moskvada Dağlıq Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

“Dekabrın 23 və 24-də Moskvada 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”.
 

.