Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
"İnterfaks”ın verdiyi məlumata görə, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Ermənistan XİN-dən bildirilib ki, nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.
.
