Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
.
