“Bu gün imzalanan sənədlər aktiv əməkdaşlığı növbəti mərhələyə çıxaracaq”.

Bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra bildirib.

Ramtan Lamamra deyib ki, Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq: “Bu məsləhətləşmələrin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanırıq. Bu da hər iki ölkənin xalqlarının maraqlarına uyğundur”.

XİN başçısı qeyd edib ki, Azərbaycanın mətbuat nümayəndələrini də ölkələrinə dəvət edir: “Hər iki ölkənin siyasi iradəsi daha yüksək səviyyədə səfərlərin təşkilinə təkan verəcək. Bu da daha geniş müstəvidə əməkdaşlığa təkan verəcək. Bu aspektdə dostluq assosiasiyaları da yarana bilər”.

Əlcəzair XİN başçısı: “Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan çox böyük işlər görüb”

“Azərbaycanlı həmkarımla çox səmərəli görüşlərimiz oldu. Biz qardaş ölkələrik”.

Bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra bildirib.

Ramtan Lamamra deyib ki, Əlcəzair və Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və OPEK+ çərçivəsində də uğurla əməkdaşlıq edir: “Bu səfər bir çox aspektdən mühüm əhəmiyyət kəsb edir. Bu səfərin əlaqələrimizlə bağlı zəngin mirasın inkişafına kömək edəcək. Ortaq maraq doğruna məsələlərlə bağlı perspektivləri nəzərdən keçirməliyik”.

XİN başçısı qeyd edib ki, problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır: “Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan çox böyük işlər görüb”.

.