Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” platformasındakı səhifəsində imzalanma mərasimdən şəkillər və məlumat paylaşılıb.
“Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıq çərçivəsində onun rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırmasından sonra müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.
.
