
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə geniş tərkibdə görüş keçirib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Müzakirələr siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq və humanitar təşəbbüslər də daxil olmaqla, geniş sahələri əhatə edib.
Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər BMT, İƏT, Qoşulmama Hərəkatı və AQEM kimi regional və beynəlxalq platformalarda davamlı qarşılıqlı dəstək və həmrəyliyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Ceyhun Bayramov bəhreynli həmkarına regionda münaqişədən sonra aparılan yenidənqurma və bərpa işlərinin, o cümlədən minalardan təmizləmə əməliyyatlarının gedişi və davamlı sülhün yaradılmasına yönəlmiş səylər barədə məlumat verib.
.