Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaranır.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

Nazir qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu illik toplantısında pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı barədə müzakirələr aparılıb:

"AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində müəyyən edilmiş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır".

.