Bu ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana, xüsusilə Naxçıvan Muxtar Respublikasına 44,662 mln. dollarlıq ağac və meşə məhsulları satılıb. Bu barədə Türkiyə İxracatlar Məclisinin (TİM) hesabatında qeyd edilib.
Məlumata görə, analoji dövrdə 111,798 mln. dollarlıq məhsul İraqa, 62,311 mln. dollarlıq - İrana, 47,771 mln. dollarlıq ağac və meşə məhsulları isə Liviyaya ixrac olunub.
Qeyd edək ki, Türkiyə bu ilin yanvar-fevral aylarında ümumilikdə 707,211 mln. dollar dəyərində ağac və meşə məhsulları ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% çoxdur.
Ötən iki ayda İstanbuldan 312,4 mln. dollar, İzmirdən 78,105 mln. dollar, Bursadan 68,188 mln. dollar, Kayseridən 47,7 mln. dollar, Qaziantepdən 31,477 mln. dollarlıq ağac və meşə məhsullarının ixracı həyata keçirilib.apa
.